Tanınmış jurnalist, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun əməkdaşı, dosent Rəşad Rüstəmov vəfat edib.
Teleqraf.com xəbər verir ki, Rəşad Rüstəmov səhhəti ilə bağlı son 10 gündə xəstəxanada reanimasiya şöbəsində yatıb.
Azərbaycan mediasının rusdilli nəşrləri ilə illər əməkdaşlıq edən Rəşad Rüstəmov “Media açarı”nın mükafatçısı, Qarabağ və tarix mövzularında yüzlərlə məqalənin müəllifidir.