24 Sentyabr 2022 11:14
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun “Cənub” Əməliyyat Komandanlığı 51 rus hərbçisini və onların texnikasını, həmçinin Kaxov körpüsünün növbəti nəzarəti hissəsini məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə komandanlığın “Facebook” səhifəsində bildirilib.

Ukraynanın raket və artilleriya bölmələri Nova Kaxovkada ponton keçidini, Berislavski rayonunda iki konsentrasiyalı silah və texnikanı, Kaxovski və Xerson rayonlarında üç cəmləşmiş qüvvə və vasitələri, 290-a yaxın atəş missiyasını yerinə yetiriblər. Nikolayev vilayətinin Baştan rayonundakı “Tor” zenit-raket kompleksi, silah və texnika məhv edilib.

“Kaxov körpüsünün daha bir keçid məhjv edilib”,- məlumatda deyilir.

“Cənub” komandanlığı qeyd edir ki, döyüş günü ərzində düşmənin digər itkiləri bunlardır: şəxsi heyət - 51, 152 mm-lik “Msta-B” haubitsı, bir tank və 16 ədəd digər zirehli texnika.

Həmçinin qeyd edilir ki, Qara dənizdə rusların 15 gəmi və kateri, o cümlədən üç suüstü və bir sualtı “Kalibrov” daşıyıcısı manevr edir.

O da qeyd edilir ki, sentyabrın 23-ü axşam saatlarında “Şahid-136” pilotsuz təyyarəsi Nikolayev vilayətinin Berezneqovat icmasında təmas xəttində Ukrayna hərbçilərinin mövqelərinə hücum edib. Daha bir “Şahid-136” Yujnoye limanı istiqamətində hücuma cəhd edərkən vurulub


Müəllif: Nemət