24 Sentyabr 2022 14:00
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk ordusu “Pençe-Kilit” əməliyyatı çərçivəsində bölgədə aşkarlanan terrorçulara qarşı əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

Qeyd olunub ki, PKK-nın maliyyə mənbəyi 62 fərqli nöqtədə vurulub.

Terror təşkilatına qarşı əməliyyatlar bütün sürəti ilə davam edir.

Milli Müdafiə Nazirliyi bəyan edib ki, şəhidlərin qanı yerdə qalmayıb: “İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı zamanı aşkarlanan 7 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib.

Digər tərəfdən, Daxili İşlər Nazirliyinin Diyarbəkirdə başlatdığı “Eren Blokada-34” Narko Terror Əməliyyatları ilə terror təşkilatının maliyyə qaynaqlarına zərbə endirilməsi davam edir.

“Eren Blokada-34” əməliyyatlarının 44-cü günündə Təhlükəsizlik Mühafizə qrupları tərəfindən daha əvvəl təyin olunan 62 fərqli nöqtədə addımlar atılıb, təmizləmə işləri həyata keçirilib.


Müəllif: Nemət

Oxşar xəbərlər