Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Respublikasında 8 uyğur edam edilib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, onlar ölkədə törədilən iki hücumda şübhəli biliniblər.
Çinin dövlət televiziyasının xəbərinə görə, 30 apreldə Sincan vilayətinin cənubunda həyata keçirilən ilk hücumda qatarın partladılması nəticəsində 1 nəfər ölüb, 79-u isə ağır yaralanıb. İkinci hücum isə mayın 22-də olub ki, bu vaxt 39 sərnişin həyatını itirib, 90-ı isə ağır yaralanıb.
Samir