Ukrayna silahlı qüvvələri ölkənin cənubunda rus ordusunun şəxsi heyətini və texnikasını məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər brifinqində məlumat yayıb.
Baş Qərargahın məlumatına görə, Xersonda yeddi "Ural" yük maşını məhv edilib və yararsız hala salınıb.
Zaporojye vilayətinin Tokmak və Çerniqovka yaşayış məntəqələrində düşmənin S-300 kompleksi, 5 hərbi texnikası və 50-dən çox əsgəri vurulub
Cənub cəbhəsində Ukrayna ordusunun müqaviməti davam edir.
Nikolayev meri Vitali Kim Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində inamla irəlilədiyini bildirib.
Ötən gün Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin birgə koordinasiya qərargahının rəhbəri Natalya Qumenyuk rusların son vaxtlar hərbi fəaliyyətlə bağlı problemlərinin olduğunu bildirib.
Eyni zamanda, ruslar son vaxtlar kamikadze pilotsuz təyyarələrlə Odessaya hücum ediblər.