27 Sentyabr 2022 10:52
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın yeni Baş naziri Corciya Meloninin çıxışları sosial şəbəkələrdə gündəmdən düşmür.

Teleqraf.com xəbər verir ki, baş nazir italyan kimliklərini qoruyacaqlarını və ənənəvi ailə institutunu parçalamağa çalışan qlobal güclərə qarşı müqavimət göstərəcəklərini deyib.

Meloni çıxışında qlobalistlərin ənənəvi ailə dəyərlərinə qarşı hücuma keçdiklərini bildirib:

“Ailə niyə düşmən olur? Ailə niyə belə qorxuludur? Bütün bu sualların yalnız bir cavabı var. Çünki bu, bizi müəyyən edir. Çünki bu, bizim kimliyimizdir. Çünki bizi müəyyən edən hər şey artıq kimliyimizi istəməyənlər və sadəcə mükəmməl istehlakçı qul olmağımızı istəyənlər üçün təhlükədir. Ona görə də milli kimliyimizə, dini kimliyimizə, cinsi kimliyimizə, ailə kimliyimizə hücum edirlər.

Mən özümü italyan, xristian, qadın və ana kimi təsvir edə bilmirəm. Niyə? Çünki onlara görə mən vətəndaş X, cins X, Valideyn 1, Valideyn 2 olmalıyam. Çünki mən bir nömrə olanda, kimliyim və köküm olmayanda sadəcə maliyyə spekulyatorlarının mərhəmətinə möhtac qalan mükəmməl bir kölə olacağam”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər