Türkiyə ilə Yunanıstan arasında sürətlə artan gərginlik Ankara-Vaşinqton xəttində gərginliyə səbəb olduğu vaxt Yunan Kipri regionda hərbi toqquşmanın başlanmasından narahat olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Yunanıstanın Egey dənizindəki qeyri-hərbi statuslu adalara daxil olan Midilli və Sisama beynəlxalq hüquqa zidd olaraq zirehli texnika göndərməsindən sonra Türkiyə Yunanıstan və ABŞ-a nota verib.
ABŞ Dövlət Departamentinin reaksiyasından sonra Cənubi Kiprin xarici işlər naziri İoannis Kasulidis də məsələ ilə əlaqədar açıqlama verib.
Yunan nazir Türkiyə ilə Yunanıstan arasında mümkün müharibəyə çəkilməkdən narahat olduqlarını bildirib:
“Egey dənizindəki müharibənin birbaşa bizə təsir edəcəyindən qorxuruq, çünki biz bütün bu hekayədə ən zəif halqa kimi istifadə oluna bilərik”.