“Ukrayna prezidenti Vladimir Zelenski Rusiyada elan edilən qismən səfərbərliyi poza bilməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Prezident Zelenski son günlər Rusiyada elan edilmiş qismən səfərbərliyi pozmaq, hökumətlə cəmiyyət arasında gərginlik yaratmaq üçün rus dilində bir neçə video mesaj paylaşır. Prezident Zelenski ekrandan iddia edib ki, səfərbərlik zamanı ilk növbədə Rusiyanın regionlarının yerli əhalisini təmsil edən mümkün qədər çox kişi, qeyri-rus millətindən olan vətəndaşlar çağırılır. Amma bu, Rusiyada işləməyəcək”, - daimi nümayəndəsi vurğulayıb.