1 Oktyabr 2022 00:27
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ hökumətinin 2022-ci il dekabrın 16-dək maliyyələşdirilməsini davam etdirilməsi barədə qanun layihəsini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, iclas Amerika qanunverici orqanının aşağı palatasının saytında yayımlanıb.

Məlumata əsasən, qanun layihəsində Ukraynaya 12,4 milyard dollar əlavə yardım da göstərilib.

Qeyd edək ki, sentyabrın 29-da bu təşəbbüsü Konqres Senatı təsdiqləyib, indi isə onu ABŞ prezidenti Co Bayden imzalamalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər