3 Oktyabr 2022 10:38
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Rusiya və Ukraynadan gələn kütləvi məcburi köçkün dalğasını qəbul etməyə hazır olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

“Rusiya və Ukraynadakı son hadisələr fonunda İsrailə böyük köç dalğasını qəbul etməyə hazırlaşırıq”, - açıqlamada deyilir.

Miqrasiya dalğasının on minlərlə insanı əhatə edəcəyi bildirilib.

Digər tərəfdən, İsrail inteqrasiya naziri Pnina Tamano-Şatanın məcburi səfərbərlikdən qorxaraq ölkələrini tərk etmək istəyən rusların bu ölkəyə inteqrasiyası ilə bağlı görüş keçirdiyi açıqlanıb.

Məlumatda önümüzdəki 6 ay ərzində hər ay təxminən 6 min rusiyalı miqrantın İsrailə gəlməsinin gözlənildiyi bildirilib.

İsrail Mərkəzi Statistika Mərkəzinin məlumatına görə, son iyirmi ildə İsrailə ən çox miqrant gələn iki ölkə Rusiya və Ukrayna olub.

Rusiya və Ukraynadan İsrailə köçənlərin əksəriyyəti yəhudi əsilli şəxslərdir. İsrail qanunlarına əsasən onlara vətəndaşlıq veriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər