ABŞ-ın "İslam dövləti" radikal qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiyaya daxil olan müttəfiq dövlətlər 1500-ə yaxın hərbçini İraqa göndərmək öhdəliyini öz üzərinə götürüblər. Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, bu barədə koalisiya qüvvələrinin komandanı general Ceyms Terri (James Terry) bildirib.
Hərbi qulluqçuların vəzifəsinə İraq və kürd qüvvələri nümayəndələrinə İD yaraqlıları ilə mübarizə üçün təlim və yardım göstərilməsi daxildir, bu barədə "Reuter" agentliyi xəbər verir. "Düşünürəm ki, bu (gəliş) tezliklə baş verəcək", - Terri Küveytdə jurnalistlər qarşısında çıxış edərək bildirib.
ABŞ bir sıra müttəfiq ölkələrin dəstəyi ilə sentyabrın 23-dən Suriyada İD mövqelərinə havadan zərbələr endirməyə başlayıb, İraqda analoji əməliyyat avqustdan keçirilir. Bu zaman ABŞ Suriya hakimiyyətinin icazəsi olmadan aviasiyadan istifadə edib.