Amerika Birləşmiş Ştatlar bu həftə etirazçılara qarşı zorakılıqda əli olduğuna inandığı İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
Teleqeaf.com xəbər verir ki, nu barədə ABŞ Prezidenti Cozef Baydenin bəyanatına qeyd olunur.
“İranda bərabər hüquqlar, insan ləyaqətinə hörmət tələb edən tələbələr və qadınlar da daxil olmaqla, dinc nümayişçilərə qarşı zorakılıqla repressiyaların güclənməsi ilə bağlı xəbərlərdən ciddi şəkildə narahatam ”- bəyanatda vurğulanıb.
Bayden dinc nümayişçilərə qarşı zorakılığın arxasında duranlara qarşı sanksiyaların tətbiq ediləcəyini vurğulayıb.