4 Oktyabr 2022 10:08
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın raket qoşunları və artilleriya bölmələri son sutka ərzində rus ordusunun 2 komanda məntəqəsini, döyüş sursatı olan 2 anbarı, zenit müdafiə obyektini, canlı qüvvə, hərbi texnika və silahların cəmləşdiyi 12 məntəqəni və 5 digər mühüm obyekti darmadağın edib.

Teleqraf.com xəbər verir ki,bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı bildirir.

Qeyd olunur ki, son 24 saat ərzində Ukrayna Hərbi Hava Qüvvələri rus ordusuna 22 zərbə endirib, hərbi texnika və silahlarının cəmləşdiyi 16 məntəqənin vurulması təsdiqlənib.

“Bundan əlavə, zenit hücumundan müdafiə bölmələrimizr rusların iki PUA-sını məhv edib”, - məlumatda deyilir.


Müəllif: Nemət