13 Oktyabr 2022 16:51
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyası “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün daha da genişlənməsi” adlı qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Mariya Mezentseva və nümayəndə heyətinin üzvü Aleksey Qonçarenko məlumat verib.

“99 nümayəndə lehinə səs verdi. Biri bitərəf qaldı. Bu, tarixi nəticədir! Avropa Şurası Parlament Assambleyasının tam dəstəyi!”, - Qonçarenko vurğulayıb.

Ukrayna nümayəndə heyətinin üzvünün sözlərinə görə, qətnamədə Rusiya hakimiyyətinin terroru himayə etdiyi bildirilir: “Bu, qlobal miqyasda güclü siqnaldır və bu, Rusiyanı terrorizmin sponsoru kimi tanımaq üçün növbəti addımdır”.

Rusiya aprel ayında Avropa Şurası Parlament Assambleyasının üzvlüyündən çıxarılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər