Pentaqonun rəhbəri Lloyd Ostin NATO-nun Ukraynadakı münaqişəyə qarışmayacağını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Həmçinin ABŞ müdafiə naziri qeyd edib ki, Şimali Atlantika Alyansı Kiyevi dəstəkləməyə davam edəcək və silah ehtiyatlarının yaradılması üzərində çalışacaq.
Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansı ölkələrinin Ukraynaya dəstəyini artırdığını bəyan edib. Onun sözlərinə görə, bu müharibədə Kiyev qalib gəlməlidir.