15 Oktyabr 2022 17:21
2 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO artıq Ukraynada məğlub olub, bu da Qərbin Ukraynanı “anti-Rusiya”ya çevirmək layihəsinin iflası deməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“NATO artıq Ukraynada məğlub olub. Bu məğlubiyyət Ukraynanın “anti-Rusiya”ya çevrilməsi layihəsinin iflası ilə bağlıdır. 2007-ci ildə Buxarestdə Gürcüstan və Ukraynanın NATO-ya üzv olması ilə bağlı qərar veriləndə demişdik ki, bu, Avropanın təhlükəsizliyinin özəyinə saatlı bomba qoyur və əgər bu qərara yenidən baxılmasa, gec-tez partlayacaq”, - Qruşko bildirib.

Rusiya rəsmisi hesab edir ki, NATO Ukraynadakı münaqişədən yayınsa da, Kiyevi eskalasiyaya sövq edirdi:

“Rusiyadan belə sonuncu xəbərdarlıq 2021-ci ilin dekabrında ATƏT-in Stokholm toplantısında edilmişdi. Kiyevdəki çevrilişdən sonra alyans Kiyev rejiminə hərbi-texniki dəstək vermək əvəzinə, onu Minsk razılaşmalarını tam şəkildə yerinə yetirməyə çağırsaydı, NATO bu fəlakətdən qaça bilərdi”.

Qruşko NATO-nu Rusiya və Ukrayna arasında qardaş qırğını törətməkdə ittiham edib:

"Ehtiyatsız davranışları ilə Kiyevi onun açdığı qardaş qırğınına sövq etdi".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər