16 Oktyabr 2022 00:47
2 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Co Baydenin Pakistanın nüvə proqramının təhlükəsizliyini şübhə altına alan açıqlamasından sonra ABŞ-ın İslamabaddakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, Pakistan xarici işlər naziri Bilaval Bhutto-Zərdari səfirə Baydenin açıqlamasından təəccübləndiyini bildirib.

“Pakistanın nüvə resurslarının təhlükəsizliyi məsələsinə gəldikdə, bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bütün standartlarına cavab verir”, - Bhutto-Zərdari vurğulayıb.

Nazir səfirin XİN-ə çağırılması qərarının ABŞ-la münasibətlərə mənfi təsir edəcəyini düşünmədiyini və Vaşinqtonun nüvə proqramı ilə bağlı hər hansı konkret narahatlığını həll edə biləcəyini deyib.

Bhutto-Zərdari onu da əlavə edib ki, Pakistanın nüvə proqramı ilə bağlı narahatlığı onun bu yaxınlarda Vaşinqtona səfərində, o cümlədən Dövlət Departamentində keçirdiyi görüşlərdə amerikalı rəsmilər tərəfindən gündəmə gətirilməyib.

Bundan əvvəl Bayden Pakistanı “dünyanın ən təhlükəli dövlətlərindən biri” adlandırıb: “Pakistan bəlkə də dünyanın ən təhlükəli dövlətlərindən biridir. Çünki daxilində birlik yoxdur, amma əlində nüvə silahı var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər