Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı nazirlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Kuleba həmçinin Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı türkiyəli həmkarına başsağlığı verib.