17 Oktyabr 2022 12:37
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezident Aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fahrettin Altun Yunanıstanın miqrasiya naziri Notis Mitaraçinin sosial şəbəkədə paylaşdığı məzmunla bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Türkiyə rəsmisi yunan naziri yalan danışmaqda ittiham edib.

Altun yunan nazirin Türkiyəni özləri ilə qarışdırdığını, yalan məzmunla ölkəsini şübhə altına almağa çalışdığını bildirib:

“Yunanıstan bu boş və qeyri-ciddi cəhdləri ilə, şəxsi əşyalarını ələ keçirib deportasiya etdiyi qaçqınların fotoşəkillərini yayımlayaraq, bu məzlum insanların ləyaqətinə heç bir formada hörmət etmədiyini bir daha bütün dünyaya göstərdi. Yunanıstan rəsmiləri əvvəlcə Egey dənizində boğduqları körpələrin, qarət etdikləri, kəmərlə döydükləri, donaraq ölümünə səbəb olduqları insanların hesabını verməlidir.

Yunanıstanı qaçqınlara qarşı qeyri-insani münasibətindən tez bir zamanda əl çəkməyə, Türkiyəyə qarşı əsassız və yalan ittihamlara son qoymağa və ciddi olmağa dəvət edirik”.

Bundan əvvəl Notis Mitaraçi Tvitter hesabında bir qrup çılpaq insanın fotosunu paylaşaraq, Türkiyəyə qarşı əsassız ittiham irəli sürüb:

“Bu gün sərhəddə xilas etdiyimiz 92 miqranta qarşı Türkiyənin münasibəti sivilizasiya üçün biabırçılıqdır. Ankaranın olayı araşdıracağını və sonda Avropa Birliyi ilə sərhədlərini qorumasını gözləyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər