17 Oktyabr 2022 20:28
3 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kreml qətiliklə nəticə verməyəcək axmaq bir taktikaya getməyə qərar verdi. Buna görə də Putin tezliklə pilotsuz təyyarələrlə Ukraynaya zərbələri dayandırmalı olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Ukraynaya İranın kamikadze pilotsuz təyyarələri ilə zərbələr endirməsinin səbəbi haqda danışan hərbi ekspert Oleq Jdanov deyib.

“Rus generallar dalana dirəniblər. Putin onlardan hərbi qələbə tələb edir. Amma onun generalları anlayırlar ki, bu gün cəbhədə bunu təmin edə bilməzlər. Buna görə də əhali arasında hərc-mərclik, çaxnaşma yaratmaq üçün istənilən güc və vasitələrdən istifadə edirlər. Yəqin ki, çaxnaşma əhval-ruhiyyəsinin faizinin artacağına ümid edirlər. Bəli, “Şahid”lər Kiyevə uçur, bu gün hamımız həm bunların partlayış, həm də sirenaların səslərini oyandıq. Ancaq insanlar artıq təlim keçiblər, yəni nə edəcəyimizi bilirik. Rusiya isə bunu anlamır. Ruslar “həyəcan təbili” çalanların faizinin artacağına ümid edirlər və ona görə də belə hücumların davam edəcəyini düşünürəm”, - ekspert bildirib.

Jdanov qeyd edib ki, Ukrayna üzərində hərbi qələbə qazana bilməyən Rusiya ukraynalıları daim gərginlikdə saxlamağa çalışır:

“Bu, müəyyən bir gərginlik yaradır, amma Rusiyanın əsas planı bu deyildi. Bununla belə, Putin tezliklə öz ideyasının axmaqlığını dərk etməli olacaq. Dronlarla mübarizənin nəticəsiz olduğunu dərk etməyə başladıqda, belə hücumları dayandıracaq. Rusiya belə bir metodun səmərəsizliyini başa düşəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər