Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, 110 nəfər Rusiyaya, 108 nəfər Ukraynaya qaytarılıb.
Kiyev 72-si mülki dənizçi olmaqla, 110 Rusiya vətəndaşını geri qaytarıb.
Rusiya isə 108 ukraynalı qadın hərbçini Ukrayna tərəfinə təhvil verib. İki ukraynalı qadın isə könüllü olaraq Rusiyada qalmaq istəyiblər.