22 Oktyabr 2022 19:31
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Yunanıstan arasında gərginlik günbəgün artarkən Afinadan Türkiyəni hədəf alan yeni açıqlamalar verilib.

Teleqraf.com xatırladır ki, Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) sammitində mətbuata açıqlama verən Yunanıstanın baş naziri Kiriakos Mitsotakis AB-də NATO üzvü olan, lakin Rusiyaya qarşı sanksiyalarda iştirak etməyən Türkiyəyə qarşı ciddi narahatlığın olduğunu bildirib.

Miçotakis bütün Avropa ölkələrinin Türkiyəyə qarşı Yunanıstana böyük dəstək verdiyini deyib.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias da Türkiyəni ittiham edib. Dendias “Skai” radiosuna verdiyi müsahibədə Türkiyənin Yunanıstana qarşı təxribat ittihamının gülünc olduğunu bildirib və Ankaranın Liviya ilə imzaladığı enerji müqaviləsinə toxunaraq, Türkiyə bu şəkildə öz qaydalarını təyin edə bilməz deyib.

“Türkiyənin şantaj üsulları ilə hərəkət etdiyini” iddia edən Dendias bildirib ki, Liviya ilə münasibətlərdə səhvlər edərək bir neçə ildir Yunan-Türkiyə münasibətlərini təhlükəyə atıblar.

Liviya razılaşmasına görə beynəlxalq ictimaiyyətin Türkiyəni sürətlə qınamasından məmnun olduqlarını qeyd edən yunanıstanlı nazir Türkiyənin Avropa perspektivini dəstəkləyən yeganə ölkə olduqlarını və “qonşuya yardım əlini uzatmaq üçün hər cür cəhd etdiklərini” bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər