24 Oktyabr 2022 00:44
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya nüvə silahından istifadə edə bilər. Rusiya Ukraynanın nüvə obyektlərini hədəf alıb ”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

Zelenski qeyd edir ki, Rusiya dünyanı Zaporojye AES-də radiasiya fəlakətinin olması ilə şantaj edir: "Rusiya raketləri Ukraynanın nüvə obyektlərinin üzərindən hərəkət edir. Kaxovskaya su elektrik stansiyasının bəndini və bloklarını minalayan Rusiya hərbçiləridir. Stansiyanı partlatmaqla şantaj edir, mülki infrastruktura qarşı fosforlu sursatlardan, qadağan olunmuş piyada əleyhinə minalardan və bütün spektrli silahlardan istifadə edən Rusiyadır. Əgər Rusiya zəng edib deyirsə ki, guya Ukrayna nəsə hazırlayır, deməli, bu, bir o deməkdir ki, Rusiya bütün bunları artıq hazırlayıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər