24 Oktyabr 2022 12:32
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina yığmasının əfsanəvi futbolçusu Armando Diego Maradona bir müddət narkotik maddələrə olan bağlılığı səbəbindən depressiyaya mübtəla olub və dispanserdə yatıb.

Teleqraf.com-un xəbərinə görə, sonralar həmin dövrün xatirələrini danışan mərhum futbolçu maraqlı fikirlər işlədib:

“Orada hər cür adam var idi. Biri deyirdi, "mən Ernesto Çe Geverayam", ona hörmət edirdilər. O biri "mən Qandiyəm" deyirdi, ona da inanırdılar. Mən Maradonayam deyəndə hamısı mənə güldü və dedilər ki, heç kəs Maradona ola bilməz. Özümdən xəcalət çəkdim, özümə nələr etdiyimi anladım. İnsanın ən böyük düşməni qürurudur. O bizi heç vaxt düşmərik dediyimiz bəlalara salır .Özünüzü qoruyun, yarpaqlar qızıl olduqlarını güman etdikləri zaman tökülürlər”.


Müəllif: Nemət