Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In, Kımsusan sarayını milli bayram - Kim İr Senin ad günü münasibətilə ziyarət edib.
Lideri ziyarətdə Əmək partiyasının birinci katibi və Dövlət Müdafiə komitəsinin birinci sədri müşayiət ediblər. Kim Çen In babası Kim İr Senin türbəsini ziyarət edərək xatirəsini yad edib.
Qeyd edək ki, Kim İr Sen 1948-1972-ci illərdə KXDR-in nazirlər kabinetinin sədri və ölkə prezidenti vəzifələrində çalışıb. 1972-ci ildən sonra Koreya Əmək partiyasının sədri olub. 1994-cü ildə vəfat etdikdən sonra KXDR-in əbədi prezidenti elan olunub.