27 Oktyabr 2022 12:33
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi Ukrayna müharibəsində iştirak edən ABŞ-ın kommersiya peyklərinin qanuni hədəfləri ola biləcəyini vurğulayıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini Konstantin Vorontsov deyib.

“Ukrayna ilə müharibədə "kvazi-mülki” infrastruktur qanuni hədəf ola bilər”, - deyə o bildirib.

Bundan əvvəl amerikalı milyarder İlon Mask dəfələrlə Rusiyanın “Starlink"i sındırmağa çalışdığını iddia edib.


Müəllif: Nemət