27 Oktyabr 2022 13:17
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin deputatı İrakli Xaxubiya evində özünü güllələyib.

Teleqraf.com “Novosti-Georgia”ya istinadla xəbər verir ki, deputatın meyiti Samxarauli adına Milli Ekspertiza Bürosuna təhvil verilib.

İlkin məlumatlara görə, 51 yaşlı Xaxubiya özünü güllələyib. Onun xanımı güllə səsini səhər saatlarında eşidib. Mənzildən tapança aşkar edilib.

Hadisə yerinə məhkəmə-tibb ekspertizası tərəfindən baxış keçirilir. Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılıb.

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze və parlament fraksiyasının sədri Mamuka Mdinaradze artıq Xaxubiyanın evində olub və mərhum deputatın ailə üzvləri ilə söhbət ediblər.

Əsas versiyaya görə, İrakli Xaxubiya oğlunun faciəvi şəraitdə ölməsi nəticəsində yaranan ağır psixoloji durum fonunda intihar edib. Onun oğlu 21 yaşlı Beka Xaxubiya 2017-ci ilin mayında Qori yaxınlığında avtomobil qəzasında həlak olub. Polis sürət həddini aşdığı üçün onun yolunu kəsib, gənc maneədən yan keçmək istəyərkən yük maşınına çırpılıb və hadisə yerində ölüb.

İrakli Xaxubiya 9-cu və 10-cu çağırışların parlamentlərində Poti, Senaki və Xobidən Gürcüstan parlamentinin deputatı olub.


Müəllif: Nemət

Oxşar xəbərlər