Ukrayna Prezidenti Vladimir Zelenski G20 sammiti iştirakçılarına müraciət edib.
Teleqraf.com xəbər verir ki, Ukrayna lideri “Böyük iyirmiliyə” videomüraciətində bunları deyib:
"Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsini dayandıra biləcəyi vaxt gəlib çatıb. Biz imkan verməyəcəyik ki, Rusiya gözləsin və öz qüvvələrini artırsın. Mən əminəm ki, indi Rusiya müharibəni dayandırılmalıdır. Müharibəyə son qoymaq üçün Rusiya Federasiyası işğalçı qoşunlarını çıxarmalı, dövlətimizə dəymiş ziyana görə kompensasiya ödəməli, ölkəmizin ərazi bütövlüyü təsdiq etməlidir".
Zelenski həmçinin müharibədən sonrakı təhlükəsizlik arxitekturasının əsas elementini gücləndirmək və Rusiya təcavüzünün təkrarlanmasının qarşısını almaq üçün beynəlxalq konfransın keçirilməsinə çağırıb.
Xatırladaq ki, G20 sammiti İndoneziyanın Bali adasında keçirilir, tədbir noyabrın 15-də başlayıb və 16-da başa çatmalıdır. Rusiya Prezidenti Vladimir Putin sammitə getməyib. Tədbirdə Rusiyanı Xarici İşlər naziri Sergey Lavrov təmsil edir.