ABŞ Prezidenti Co Bayden G20 zirvəsi üçün getdiyi İndoneziyada Polşaya raket zərbəsi endirilməsindən sonra G7 ölkələrinin liderləri ilə bir araya gəlib.
Teleqraf.com-un xəbərinə görə, görüşdən sonra jurnalistlərə açıqlamasında ABŞ lideri hadisədə həlak olanların yaxınlarına başsağlığı verib.
“Ukrayna sərhədində Polşa torpağında baş verən partlayışın araşdırılmasında Polşaya dəstək vermək məsələsində razılaşdıq. Araşdırma davam etdikcə, növbəti addımımızı müəyyən etmək üçün birlikdə çalışacağıq”, - Bayden deyib.
Qeyd edək ki, gecə saatlarında Polşaya iki raket düşüb. İki nəfərin həlak olduğu hadisəyə görə Rusiya ittiham olunur.
Qeyd edək ki, Polşa NATO üzvüdür.