17 Noyabr 2022 22:58
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətdə olan İyi Partiyaya müraciət edib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri sözügedən partiyanın müxalifətin “Altılıq” koalisiyasında təmsil olunmasından təəccübünü gizlətməyib.

“CHP-ni bir kənara qoyaq, xüsusən də müxalifətdə, “Altılıq masası”ndakıların hamısı haqda danışmağa ehtiyac yoxdur, amma İyi Partiyanın bunlara eyni xətdə olması şübhəsiz düşündürücüdür. Niyə onlarla eyni masada və ya eyni mövqedədirlər? Bu, əlbəttə ki, düşündürücüdür. Xüsusilə belə bir zamanda. Ümid edirik ki, bu masadan çıxmaq və milli mövqe tutmaq üçün öz yanaşmalarına yenidən baxacaqlar”, - Ərdoğan bildirib.

Müxalif “Altılıq” koalisiyası Cümhuriyyət Xalq Partiyası (CHP), İyi Partiya, Səadət Partiyası, Demokrat Partiyası, Deva Partiyası və Gələcək Partiyasından ibarətdir.

Qeyd edək ki, İyi partiyanın qurucu lideri Maral Akşənər vaxtilə Millətçi Hərəkat Partiyasında (MHP) təmsil olunub.

MHP Cümhur İttifaqında hakim Ədalət və İnkişaf Partiyasının (AKP) müttəfiqidir. Partiya gələn il keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər