Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Misir lideri Əbdülfəttah əs-Sisi ilə illər sonra Qətərdə görüşməsindən sonra hərəkətə keçən Afina Qahirə ilə anlaşıb.
Teleqraf.com xəbər verir ki, son illərdə Misirlə müttəfiqliyini gücləndirən Yunanıstan ötən gün bu ölkə ilə bir sıra müqavilələr imzalayıb.
Yunanıstanın xarici işlər naziri Nikos Dendias və müdafiə naziri Nikos Panayotopulos Misirlə aviasiya, dənizçilik və kənd təsərrüfatı sahəsində bir sıra sazişlərə imza atıblar.
Panayotopulos Türkiyə ilə müqaviləni “qanunsuz” adlandıraraq, yeni anlaşmanın Türkiyənin Liviya ilə imzaladığı müqavilənin sahəsini də əhatə etdiyini bildirib.
Yunan mətbuatı Panayotopulos və Misir müdafiə naziri Məhəmməd Zəki arasında imzalanan aviasiya müqaviləsinin Türkiyənin bölgə ilə bağlı məqsədlərinə qarşı əməkdaşlıq mənasına gəldiyini yazıb. Xəbərdə Türkiyənin Liviya ilə sentyabrda imzaladığı anlaşmanın Afina ilə Qahirənin kəskin reaksiyasına səbəb olduğu xatırladılıb.
Misirdən isə Türkiyə əleyhinə heç bir açıqlama verilməyib.