Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Cenq bəyan edib ki, təzyiq və sanksiyalar ölkədə kin və nifrəti körükləyəcək, bu, ABŞ və Cənubi Koreya üçün asılmış kəndir rolunu oynayacaq.
Teleqraf.com xəbər verir ki, noyabrın 18-də Şimali Koreyanın qitələrarası ballistik raket sınağından sonra Pxenyana qarşı sanksiyalar yenidən dünya ictimai rəyinin gündəminə gəlib.
Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Çenq mümkün əlavə sanksiyalara baxmayaraq, ABŞ və Cənubi Koreyaya meydan oxuyub.
Yazılı açıqlamasında ABŞ və Cənubi Koreyanın öz müstəqil sanksiyalarını gündəmə gətirdiyini xatırladan Kim Yo Cenq Vaşinqtonu sanksiyalarla bağlı prosesdə günahlandırıb, Seul rəhbərliyini isə “ABŞ-ın sadiq iti və dəstəkçisi” adlandırıb.
Kim ABŞ və Cənubi Koreya arasındakı əməkdaşlığa toxunaraq deyib ki, ABŞ və Cənubi Koreya tərəfdarları Şimali Koreya üçün ümidsizdirlər.