24 Noyabr 2022 19:38
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada 2017-ci il seçkilərində ökə prezidenti Emmanuel Makronun seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı araşdırma başlanılıb.

Teleqraf.com xəbər verir ki, ilkin istintaqı ölkənin Maliyyə Prokurorluğu aparır. İstintaq üç müstəntiqə, o cümlədən 2017-ci ildə keçmiş baş nazir Fransua Fiyona qarşı ittihamlar irəli sürən Serj Turnerə həvalə edilib.

Təhqiqat özəl konsaltinq şirkətləri tərəfindən çirkli pulların yuyulması və korporativ verginin ödənilməməsi ilə bağlı olub. Məlum olub ki, “McKinsey” şirkətinin Fransa ofisi son on ildə vergi ödəməyib və bu borc artaraq 1 milyard avroya çatdıb. Məhz bu ilin mayında “McKinsey”in qərargahında aparılan axtarışdan sonra prokurorlar sırf maliyyə işinə “favoritizm” və “kampaniyanın qanunsuz maliyyələşdirilməsi” şübhələrini əlavə etmək qərarına gəliblər. İndi onlar Amerika firmasının hökumət müqavilələrinin verilməsində imtiyazlı mövqeyə malik olub-olmadığını araşdırmalıdırlar.

“Le Monde” qəzetinin yazdığına görə, bu firmanın məsləhətçiləri 2017-ci il prezident seçkiləri zamanı Makronun kampaniyası üzərində çalışıblar və iddialara görə, hətta prezident partiyası və nazirliklərdə müəyyən vəzifələr tutublar.


Müəllif: Teleqraf.com