Ukrayna əsgərləri Sergey Samoşkini məhv edib. Samoşkin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının baş idarəsinin əməkdaşı, saxta və separatçı “DXR” də dövlət təhlükəsizlik nazirliyinin yaradıcılarından biri olub.
Teleqraf.com xəbər verir ki, Samoşkinin məhv edilməsini “Telegram”da Ukrayna ordusunun polkovniki, bloger Anatoli Ştefan təsdiqləyib.
Zabit Samoşkinin Livan müharibəsində, Beyrutda “Hizbullah”a qarşı əməliyyatlarda iştirak etdiyini bildirib. 2005-ci ildən rusiyayönlü fəaldır. Bundan başqa, o, 2014-cü ildə “Krım baharı”nın və Donetskin işğalçılar tərəfindən tutulmasının iştirakçısı olub.
2016-cı ildə Samoşkin "Peacemaker" veb saytının məlumat bazasına daxil oldu. Dosyedə qeyd edilir ki, 2014-cü ildə “Pirat” DXR Dövlət Təhlükəsizlik Nazirliyinin katibliyində çalışıb.