30 Noyabr 2022 13:50
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir yaşları və cinsiyyətləri ilə bağlı suallarla üzləşən Yeni Zelandiya Baş naziri Casinda Ardern və onun finlandiyalı həmkarı Sanna Marin məsələ ilə bağlı bir jurnalistin sualına cavab veriblər.

Teleqraf.com xəbər verir ki, 42 yaşlı Ardern və 37 yaşlı Marin dünyada azsaylı qadın liderlər arasında yer almaqla yanaşı, həm də ən gənc hökumət baçıları sırasındadırlar.

Marin Yeni Zelandiyaya ilk səfərində jurnalistin bununla bağlı uzun müddətdir müzakirə olunan sualı ilə üzləşib.

Oklenddə keçirilən birgə mətbuat konfransında jurnalist baş nazirlərə belə bir sual ünvanlayıb:

“Bir çox insan üçün maraqlıdır ki, siz ikinizin bir-birinizlə yalnız yaşca yaxın və bir çox ortaq cəhətləriniz olduğuna görə görüşürsünüz?”.

Ardern jurnalistin sözünü kəsməyə tələsib.

Baş nazir Yeni Zelandiya və ABŞ-ın keçmiş hökumət başçılarına istinad edərək belə cavab verib:

“Maraqlıdır, kimsə Barak Obama və Con Keydən yaşları yaxın olduqları üçün bir-birləri ilə görüşüb-görüşmədiklərini soruşub? Təbii ki, siyasətdə kişilərin sayı daha çoxdur, bu faktdır. İki qadının tanış olma səbəbi də təkcə onların cinsi ilə bağlı deyil”.

Marin isə iki ölkənin artan ticarət əlaqələrinə diqqət çəkib və belə deyib:

“Baş nazir olduğumuz üçün görüşürük”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər