Ağ Evdə fransalı həmkarı Emmanuel Makronla görüşən ABŞ Prezidenti Co Bayden diqqətçəkən açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, Bayden Rusiya lideri Vladimir Putinlə görüşmək üçün yeganə şərtini açıqlayıb.
ABŞ prezidenti deyib ki, müharibəni bitirməyin yeganə rasional yolu Putinin qoşunlarını Ukraynadan çıxarmasıdır:
“Putin bu yolu seçməməklə ağır bədəl ödəyir. Bu, həm də Ukraynada böyük dağıntılara səbəb olur”.
Bayden Putinlə əlaqə saxlamaq niyyətində olmadığını bildirib:
“Putin müharibəni bitirmək yolunu tutmaq qərarına gələrsə, onunla danışmağa hazıram. Halbuki hələ belə bir yolda deyil. Əgər belə olarsa, mən fransız və NATO dostlarımla əlaqə saxlayacam və Putinlə oturub onun nə düşündüyünü görəcəm”.