3 Dekabr 2022 15:50
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin paytaxtı Stokholmda məscidə islamofob hücum təşkil edilib.

Teleqraf.com xəbər verir ki, Stokholmda məscidin sosial media hesabından yayılan açıqlamada məscidin qapısının yanındakı bağın dəmirlərinə "Quran" kitabı bağlanaraq müsəlmanların alçaldıldığı bildirilib.

“Məscidimiz və camaatımız təhdidlərə məruz qalır. İrqçilər həmişə özləri olmayanları ləkələmək üçün yeni cəhdlər edirlər. Həm cəmiyyətimizin, həm də ictimaiyyətin diqqətini cəlb etmək, nifrət cinayətlərinin normallaşmasının qarşısını almaq üçün bu fotoları və məlumatları paylaşırıq”, - deyə açıqlamada deyilir.

Qeyd olunur ki, məscidin qapısına əvvəllər də dəfələrlə islamofob yazılar yazılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər