“Kobe Hannibal” ləqəbli yapon qatili İssei Saqava 1981-ci ildə Fransanın paytaxtı Parisdə Rene Hartevelt adlı holland qadını öldürüb və onun cəsədini yeyib.
Teleqraf.com xəbər verir ki, Cinayəti ilə məşhur mədəniyyət ikonasına çevrilən 73 yaşlı Saqavanın uzun müddət baxıcısı olan qardaşı, qatilin noyabrın 24-də Tokiodakı xəstəxanada sətəlcəm xəstəliyindən dünyasını dəyişdiyini açıqlayıb.
1949-cu ildə Yaponiyanın Kobe şəhərində varlı bir ailədə dünyaya gələn Saqava 28 yaşında ədəbiyyat üzrə doktorantura təhsili almaq üçün Fransaya gedib.
11 iyun 1981-ci ildə Sorbonnadan olan sinif yoldaşı Renee Harteveltlə şeirləri tərcümə etmək bəhanəsi ilə tanış olub. Onu nahara dəvət etdikdən sonra tüfənglə güllələyərək öldürüb.
Məlum olub ki, qurbanın meyitini zorlayan Saqava daha sonra cəsədin bəzi hissələrini yeyib. Özünü zəif, çirkin və kiçik kimi xarakterizə edən Saqava Harteveltin həyat enerjisini yeməklə udmaq istədiyini iddia edib.
Hüquqi prosesduralar səbəbindən Fransada mühakimə oluna bilməyən Saqava daha sonra Yaponiyaya gətirilərək xəstəxanaya yerləşdirilib. Fransada iş materialları bağlandığı üçün ölkəsində mühakimə olunmayan Saqavanın sağlam olduğu qənaətinə gələn həkimlər onun qətli törətməkdə yeganə motivasiyasının cinsi pozğunluğu olduğunu açıqlayıblar.
12 avqust 1986-cı ildə xəstəxanadan çıxdıqdan sonra Saqavanın normal həyatına qayıtması böyük müzakirələrə səbəb olsa da, qətli kitablara və filmlərə mövzu olan Saqava məşhur mədəniyyət simvoluna çevrilib.
Saqava 1986-1997-ci illər arasında proqramlarda tez-tez qonaq məruzəçi və şərhçi olub, kitablar yazıb, jurnallar üçün şərhlər edib. Reaksiyalara görə illər keçdikcə populyarlığını itirən və 2013-cü ildə sinir sistemini daimi zədələyən beyin xəstəliyinə görə xəstəxanaya yerləşdirilən Saqava o vaxtdan bəri qardaşının köməyi sayəsində həyatda qala bilirdi.