5 Dekabr 2022 16:43
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şərqi Avropada və bütün Avrasiyada təhlükəsizlik Ukraynadakı xüsusi əməliyyatın nəticəsindən və sonrakı razılaşmalardan asılı olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas qurumun Parlament Assambleyasının Moskvada keçirilən iclasında deyib.

KTMT-nin baş katibi daha əvvəl bəyan etmişdi ki, təşkilatın məsuliyyət zonasında münaqişələrin həlli ümumi vəzifədir.

Onun sözlərinə görə, Belarusun 2023-cü ildə KTMT-də sədrliyinin prioriteti təşkilatın üzərinə düşən məsuliyyətin zonada bütün mövcud münaqişələrin həlli olacaq.


Müəllif: Nemət