15 Dekabr 2014 04:19
948
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sağlam həyat tərzinə kompleks yanaşmaq lazımdır. Orqanizmi həm xarici, həm də daxili təhlükələrdən qorumaq gərəkdir. Teleqraf.com qışın şaxtasından qorunmaq üçün ev şəraitində hazırlana biləcək faydalı vitamin kokteyli reseptini təqdim edir:
İnqredientlər:
- 1 ədəd alma;
- 1 ədəd kök;
- 2 ədəd çuğundur;
- Zəncəfil şirəsi;
- 1 paket C vitamini (askorbin turşusu);
Şirə çəkən maşında bütün inqredietlərin şirəsini çəkirik və qarışdırırıq. Alınan mayeyə bir qədər askorbil turşusu əlavə edirik. Bu liksiri yorğunluğun aradan götürülməsi, taqətsizlikdən xilas olmaq və immuniteti qaldırmaq üçün istifadə edə bilərsiniz.
Kokteylin tərkibindəki çuğundur şirəsi yaddaşı yaxşılaşdırır, damarda qanın daha yaxşı axmasını təmin edir.
Kokteylin hazırlanması cəmi 10 dəqiqə vaxtınızı alacaq. Qiyməti isə 50 qəpikdən çox olmayacaq.

Müəllif:

Oxşar xəbərlər