İsveç Baş naziri Ulf Kristersson ölkəsinin yeni müdafiə siyasətində ən mühüm maddənin NATO üzvlüyü olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, hökumət başçısı İsveçin NATO üzvü olmaq istədiyi fikrini yeniləyib.
“İyunun 28-də İsveç, Türkiyə və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı imzalanmış üçtərəfli sazişin şərtlərinə çox ciddi yanaşır və eyni ciddiliklə danışıqları davam etdiririk. Finlandiya Baş naziri Sanna Marinlə də bu məsələ ilə bağlı tez-tez danışırıq”, - Kristersson bildirib.
Baş nazir iki həftə əvvəl Türkiyədən gələn nümayəndə heyətinin paytaxt Stokholmda İsveç və Finlandiyadan olan həmkarları ilə məhsuldar görüş keçirdiyini söyləyib.