14 Dekabr 2022 14:20
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özlərini “Reyxsbürger” (İmperator Vətəndaşları) elan edən, Almaniya Federativ Respublikası dövlətini və konstitusiyanı tanımayan ifrat sağçıların çevriliş planlarında Rusiyanın əli olduğu iddiaları daha da güclənib.

Teleqraf.com xəbər verir ki, iddiaya görə, çevrilişçilər Rusiya və onun Almaniyadakı nümayəndələri ilə əlaqə qurmağa çalışıb.

Budestaqdakı ana müxalifət-Xristian Demokrat/Xristian Sosial Birlik Partiyaları Bundestaq Qrupunun Hüquq Siyasəti üzrə sözçüsü Günter Krings deyib ki, Basqın edilən terror cəmiyyətinin üzvləri açıq və şüurlu şəkildə Rusiya və onun Almaniyadakı nümayəndəlikləri ilə əlaqə qurmağın yollarını axtarırdılar. Ona görə də çevrilişə cəhd etmək istəyənlərin Rusiya ilə münasibətləri aydınlaşdırılmalıdır. “Belə bir əlaqə imperator vətəndaşlarının ölkəmiz üçün daha böyük təhlükə yaradacağını ortaya çıxaracaq”.

Almaniyanın “Bild” qəzeti yazıb ki, həbs edilən çevriliş planlarının 13-cü lideri Şahzadə Henrix Roys Rusiyanın Leypsiqdəki Baş Konsulluğunda keçirilən “Rusiya Günü” şənliklərinə qatılıb. Qəzetin xəbərində həmçinin qeyd olunub ki, Henrxin sevgilisi rusdur və Leypsiqdəki baş konsulluqla görüşü də o təyin edibmiş.


Müəllif: Nemət

Oxşar xəbərlər