ABŞ prezidenti Co Bayden dekabrın 29-da Ukraynaya 44,9 milyard dollar təşkil edəcək yardım nəzərə alınmaqla 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollarlıq illik büdcəni təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, dekabrın 22-də ABŞ Senatı 2023-cü il üçün 1,7 trilyon dollar məbləğində federal büdcə layihəsini təsdiqləyib.
Federal büdcə layihəsində ABŞ-ın müdafiə ehtiyacları üçün 858 milyard dollar, həmçinin Ukrayna və Vaşinqtonun NATO müttəfiqlərinə təxminən 45 milyard dollar yardım nəzərdə tutulub.