Kanada Ukraynadakı müharibəyə görə iqtisadi sanksiyalara məruz qalan iş adamı Roman Abramoviçin aktivlərinin həbsi və müsadirəsinə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi Kanadanın xarici işlər naziri Melani Colinin yaydığı bəyanatında deyilir.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Ottava ilk dəfə olaraq qanunda dövlətə sanksiya tətbiq edilən vətəndaşların aktivlərini müsadirə etməyə imkan verən müddəanı tətbiq etmək qərarına gəlib.
Bildirilir ki, Kanada Xarici İşlər Nazirliyinin rəhbəri məhkəməyə müraciət edəcək və müsbət qərar olduğu halda müsadirə olunan vəsait Ukraynanın bərpasına yönəldiləcək.