Dekabrın 1-dən etibarən Əsəd rejiminin ordusunun birlikləri Hələb vilayətinin şimalında PKK/YPG terrorçularının işğalı altında olan Ayn ül-Ərəb, Mənbiç və Təl Rifat yaxınlığındakı məntəqələrə daşınmalarını intensivləşdirib.
Teleqraf.com xəbər verir ki, Suriya qüvvələri yükləri Hələbdəki Ramus artilleriya məktəbi və Küveyris hərbi hava limanından daşıyır.
Ayn ül-Ərəb, Mənbiç və Təl Rıfat istiqamətində hərəkət edən hərbi konvoylarda onlarla tank və top, eləcə də rejimin “Pələng” qüvvələrinin yüzlərlə canlı qüvvəsi yer alıb.
Rejim hərbi məntəqələrinə əlavə qüvvələr göndərərkən, bəzi nöqtələrdə yeni dislokasiya sahələri yaradır.
Suriya qüvvələri Türkiyə sərhədindən təqribən 18-30 kilometr uzaqlıqda yerləşən kəndlərdə yerləşdirilib.
Əsəd rejimi həmçinin PKK/PYD terror təşkilatının işğalındakı Ayn ül-Ərəbin cənubundakı M4 şosesi yaxınlığında Rusiya hərbi bazasının yerəşdiyi əraziyə əlavə ağır silahlar və yüzlərlə canlı qüvvə göndərib.
Zaman-zaman sözügedən ərazilərdə Suriya qüvvələri ilə terrorçular arasında hərbi toqquşmalar baş verir.