21 Dekabr 2022 17:08
2 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə vətəndaşlarının 39.3 faizi Prezident Rəcəb Tayyib Ərdoğanı yenidən dövlət başçısı olaraq görmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə ASAL sorğu şirkətinin apardığı araşdırmada bildirilir.

Sorğuda Prezident Ərdoğan 39.3%, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu 15.7%, Ankara bələdiyyəsinin sədri Mansur Yavaş 12.2% və İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 9.2% səs toplayıb.

ASAL sorğunu ölkənin 26 vilayətdə 2142 nəfər arasında keçirib.

Araşdırma İstanbul, Ankara, Kocaəli, Bursa, Kaysəri, İzmir, Diyarbəkir, Adana, Samsun, Konya, Antalya, Qaziantəp, Ərzurum, Mardin, Hatay, Zonquldak, Manisa, Aydın, Malatya, Van, Balıkəsir, Trabzon, Kırıkkale, Girəsun, Təkirdağ və Ağrıda aparılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər