22 Dekabr 2022 09:38
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu ölkəsinin Suriyada PKK/YPG terror təşkilatına qarşı mübarizəsi ilə bağlı ittihamlar səsləndirən Çin nümayəndəsinə sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, türk diplomat heç kimin ittihamlarını qəbul etmədiklərini deyib.

“Heç bir ölkənin bizə terrorla mübarizəmizdə dərs verməyə haqqı yoxdur. Bu gün eşitdiyimiz və sərhədlərimizi, xalqımızı qoruyarkən nə etməli və etməməli olduğumuzu söyləməyə özünə haqq görən açıqlamaları rədd edirik”, - Sinirlioğlu bildirib.

Türkiyənin terrorla mübarizə əzminin sarsılmaz olduğunu və xalqını qorumaq və sərhəd təhlükəsizliyini təmin etmək üçün hər cür addımı atmağa davam edəcəyini deyən Sinirlioğlu son iki ildə Suriyanın şimalında PKK/YPG hücumlarında 500-dən çox suriyalının həyatını itirdiyini açıqlayıb.

“PKK/YPG/SDQ şimal-şərqdə xalqa təzyiq edir və separatçı gündəmini həyata keçirir. İŞİD-lə mübarizə bəhanəsi ilə bu terrorçu-separatçı təşkilata dəstək vermək hər şeydən əvvəl Suriyanın ərazi bütövlüyünə bağlılığı təsdiqləyən BMT qətnamələrinə ziddir”, - Türkiyə rəsmisi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər