Kremlin sözçüsü Dmitri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri və Kiyevə veriləcək “Patriot” müdafiə sistemlərindən danışıb.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi Ukrayna liderinin danışıqlara hazır olmadığını deyib.
“Rusiya ilə sülh danışıqlarına hazırlığın əlamətləri yox idi. Bu, ABŞ-ın son ukraynalı ölənə qədər Rusiya ilə proksi müharibə apardığının sübutudur”, - Peskov vurğulayıb.
Zelenskinin səfəri zamanı ABŞ-ın Ukraynaya “Patriot” tədarük edəcəyi ilə bağlı açıqlamasına cavab verən Peskov qeyd edib ki, Vaşinqtonun silah göndərməsi Moskva ilə Kiyev arasındakı münaqişənin həllinə töhfə verməyəcək.
Kremlin sözçüsü ABŞ-ın Ukraynaya silah tədarükünün Rusiyanın hədəflərinə çatmasına mane ola bilməyəcəyini söyləyib.