24 Dekabr 2022 16:52
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sursat çatışmazlığı Rusiyanın hücum əməliyyatları və Ukraynaya kütləvi zərbələri üçün əsas maneə olaraq qalır.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında bildirilir.

İngilis kəşfiyyatının iddiasına görə, Rusiya qanadlı raketlərin məhdud olması səbəbindən Ukraynanın infrastrukturuna uzaqmənzilli raket zərbələrini həftədə bir dəfə ilə məhdudlaşdırıb.

Məlumatda qeyd edilib ki, Rusiyada genişmiqyaslı hücum əməliyyatlarının qarşısını alan artilleriya sursatlarının da çatışmazlığı var:

“Rusiyanın hazırkı əməliyyat sxeminin zəifliyi ondan ibarətdir ki, uzadılmış cəbhə xətti boyunca adi müdafiə əməliyyatlarının aparılması belə gündəlik xeyli sayda mərmi və raketlərin istifadəsini tələb edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər