18 Dekabr 2014 08:16
756
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Kolumbiya inqilabi silahlı qüvvələri" (FARC) dekabrın 17-dən birtərəfli qaydada atəşkəs elan edib.

“Gazeta.ru”-ya istinadən məlumatına görə, bunu FARC-ın nümayəndələri bəyan edib.

Qeyri-müəyyən müddətədək döyüş əməliyyatlarına son qoyduğunu vurğulayan FARC atəşin dayandırılmasını barışığa keçəcəyinə ümid edib. “Yalnız hərbçilərin bizə hücum etdiyi təqdirdə yenidən silaha sarılacağıq”- deyə, FARC nümayəndələri bildirib.

Məlum olduğu kimi, dekabrın 16-da "Kolumbiya inqilabi silahlı qüvvələri"nin 9 üzvü hökumət qüvvələri ilə gedən döyüşlərdə öldürülüb.

Xatırladaq ki, solçu radikal FARC qruplaşması təxminən 50 ildir Kolumbiya hökumətinə qarşı silahlı mübarizə aparır.


Müəllif:

Oxşar xəbərlər